Qarabağda türk hərbçilərin sayı artırılsın! – Sabiq nazir

  • By admin
  • 12 Mart 2022 11:01

Son günlər Qarabağdakı separatçılar Azərbaycan ordusunun mövqelərini intensiv şəkildə atəşə tutaraq, təxribatları davam etdirir. Bu gün daha üç rayonumuz atəşə məruz qalıb.

Müdafiə Naziliyinin məlumatına görə, martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd  və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub. olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Erməni təxribatlarının davam etdiyi məqamda Qarabağda sülhməramlı missiyasını yerinə yetirməli olan Rusiya hərbçiləri nədənsə buna göz yumur, heç nə olmamış kimi davranırlar. Belə laqeyd yanaşma sülhməramlının Qarabağdan çıxarılması məsələsini yenidən aktuallaşdırır.

Bəzi siyasi şərhçi və hərbi ekspertlər hesab edirlər ki, rus sülhməramlıları separatçıların təxribatlarının qarşısını almaqda maraqlı deyillər, bu da erməni silahlı birləşmələrinin əl-qolunu açır.

Bu barədə Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov hesab edir ki, sülhməramlıların fəaliyyətinə xitam verilməsi məsələsi barədə fikirlər səsləndirilir.

Onun sözlərinə görə, bu məsələ müzakirə mövzusu ola bilər: “Bizi daha çox düşündürən məsələ ondan ibarətdir ki, Qarabağda sülhməramlıların sayı ya azalacaq, ya da onların fəaliyyətinə tam xitam veriləcək. Hər halda buna aid fikirlər səslənidirilir. Bu mövzu müzakirə oluna bilər. Çünki biz başa düşməliyik ki, orada sülhməramlılardan başqa nəzarət monitorniq mərkəzi də var”.

T.Zülfüqarov təklif edib ki, Ağdamda fəaliyyət göstərən Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzində xidmət aparan türkiyəli hərbçilərin sayı artırılmalıdır.

“Türkiyə hərbiçilərinin orada sayının artırılıması məntiqəuyğun olardı. Mən düşünürəm ki, prezidentlərin Ankarada keçirilən görüşündə digər məsələlərlə yanaşı, bu iki məsələ də müzakirə olunub”.

Gununsesi.info