Qaradağda usta zavodun damından yıxılaraq ölüb

  • Müəllif: Firuzə
  • 06 Oktyabr 2025 10:47

Qaradağda 29 yaşlı kişi damdan yıxılaraq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Sahil qəsəbəsində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Əfqan Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.