Qazaxda sürücü sükan arxasında infarkt keçirib

  • By ilhame
  • 16 Aprel 2024 20:47

Qazax rayonunda sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

 

Rayon sakini Yaşar Əhmədov “VAZ” markalı avtomobilin sükanı arxasında olan zaman infarkt keçirərək dünyasını dəyişib. Nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info