Qazaxda yol qəzası olub: Xəsarət alanlar var

  • Müəllif: Günel
  • 09 May 2025 19:34

Qazaxda yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Qazax rayonunun Ağköynək kəndində baş verib.

“Opel” markalı avtomobilin “Xəzər azsamand” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar 1971- ci il təvəllüdlü Ərifə Əfəndiyeva və 1991-ci il təvəllüdlü İsrafil Rzayev müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi Qazax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info