Qazaxıstan Azərbaycana balıq məhsulları və bal ixrac edəcək

  • Müəllif: Firuzə
  • 04 Avqust 2025 12:48

Qazaxıstanla Azərbaycan arasında balıq məhsulları və balın bu ölkəyə ixracı üçün nəzərdə tutulan baytarlıq sertifikatları ilə bağlı razılıq əldə olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik-Kazakhstan” məlumat yayıb.

Bildirilib ki, razılaşma nəticəsində Qazaxıstan ərazisində istehsal olunan bu məhsullar Azərbaycan bazarına çıxarılacaq.

Gununsesi.info