Qazaxıstanda aksiyalarda iştirak edən əcnəbilər saxlanılıb

  • By admin
  • 08 Yanvar 2022 09:15

Qazaxıstanda etirazlar zamanı saxlanılanların sayı məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, indiyədək etirazlarda saxlanılanların sayı 4 266 nəfər təşkil edir.

“Saxlanılanlar arasında əcnəbi vətəndaşlar da var. Almatı vilayətinin kəndlərindən birində 100-dən çox adam saxlanılıb. İlkin məlumatlara görə, onlar qonşu dövlətin vətəndaşları saxlanılıb”, – deyə məlumatda bildirilib.

Gununsesi.info