Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı açıqlanıb

  • By admin
  • 09 Yanvar 2022 18:57

Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı 164-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə bazar günü “Xabar-24” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, Qazaxıstanda iğtişaşlar başlayandan indiyədək Qızılorda vilayətində 21, Cambil vilayətində 10, Almatı şəhərində 103 nəfər ölüb. Ata rayonunda isə 8 nəfər həlak olub.

 

 

Gununsesi.info