Qazi Baku TV-nin reportajına etiraz etdi - VİDEO

Qazi: “Mənim haqq savaşım cəbhədə bitmədi, Baku Tv media meydanında davam edir”

Baku TV-də yayımlanan reportajda “Ekol-Media” və “Devin Media Akademiyası”nın vətəndaşlardan pul alaraq filmlərdə çəkilmə vədləri verdiyi iddia olunub.

Lakin həmin ittihamlara qazi Ceyhun Ağayev – Devin Media Akademiyasının tələbəsi sərt şəkildə cavab verib.

Qazinin sözlərinə görə, o, həyatının hər anında haqqı qorumaq borcunu daşıyır:

“Mən Vətən uğrunda döyüşdüm, torpaqları qorudum. İndi isə həqiqəti Baku Tv-in qərəzli jurnalistlərin reportajlarından qorumağa məcburam. Devin Media Akademiyasında heç bir dələduzluq görməmişəm. Baku TV isə insanları çaşdırmaq üçün qərəzli materiallar hazırlayır”.

Ceyhun Ağayev bildirib ki, Baku TV qarşı tərəfin mövqeyini qəsdən işıqlandırmayıb:

“Şikayətçilərin çoxu Ekol Mediadan narazıdır, amma siz gəlib Devin Media haqqında reportaj hazırlayırsınız. Akademiya rəhbərliyinin və əməkdaşlarının açıqlamalarını isə ictimaiyyətə göstərmirsiniz. Bu, jurnalistikanın yox, qərəzin göstəricisidir”.

O, əlavə edib ki, Baku TV vaxtilə Devin Media ilə Müdafiə Nazirliyi arasında imzalanmış müqaviləni öz səhifəsində paylaşmışdı:

“Əgər Devin Media dələduz qurum idisə, niyə Müdafiə Nazirliyi ilə və tanınmış sənətçilərlə imzaladığı müqaviləni hələ də saxlayırsınız? Bu, ikili mövqedən başqa bir şey deyil”.

Ceyhun Ağayev həmçinin Baku TV-ni qazilərin sosial problemlərinə biganə qalmaqda ittiham edib:

“Mən dəfələrlə qazilərin və şəhid ailələrinin problemlərini dilə gətirmişəm. Videolarım yüz minlərlə baxış toplayıb. Amma siz onların heç birini işıqlandırmadınız. Maraqlıdır, niyə yalnız bu reportaj qarşınıza çıxdı? Mənim haqq savaşım cəbhədə bitməyib – indi Baku Tv media meydanında davam edir”.

Sonda qazi Baku TV-yə sərt mesaj ünvanlayıb:

“Biz canımızla torpağı qoruduq, siz isə qələminizlə həqiqəti qorumalısınız. Qarşı tərəfin də sözünü obyektiv işıqlandırın, ya da bu qərəzli videonu silin. Qazinin andı budur: Haqqı hər yerdə qorumaq – cəbhədə də, mediada da!”

 

@gununsesi.info

Qazi Baku TV-nin reportajına etiraz etdi…

♬ оригинальный звук – Gununsesi.info

 

 

Gununsesi.info