Qətərdə ilişib qalan azərbaycanlılar üçün pis xəbər…

  • By Admin2
  • 13 Mart 2026 13:03

Qətər hakimiyyəti müharibə səbəbilə ölkədə ilişib qalan turistlərlə bağlı qərar verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, turistlər üçün pulsuz otel qalması və yeməklərin verilməsi ləğv ediləcək. Bu qərar martın 15-dən qüvvəyə minir.

Xatırladaq ki, Qətərdə və Yaxın Şərqin bir sıra digər ölkələrində minlərlə xarici turist, o cümlədən azərbaycanlılar da var.

Gununsesi.info