Qida borusunda yemək qalan qadın öldü

  • Müəllif: Firuzə
  • 06 Aprel 2026 13:21

Bakının Ələt qəsəbəsində 64 yaşlı qadın qida borusunda yemək qalması nəticəsində ölüb.

Gununsesi.info  xəbər verir ki, hadisə aprelin 4-ü saat 20 radələrində baş verib.

Belə ki, Ələt qəsəbə sakini 1962-ci il təvəllüdlü Aygün Lətif qızı Abbasovanın yaşadığı evdə qida borusunda yemək qalıb. Nəticədə o, həyatını itirib.

Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info