Qiymətlər qalxır, pensiyaçıları düşünməliyik - Millət vəkili

  • By admin
  • 02 İyul 2021 14:46

Qiymətlər qalxır, qazın qiyməti də qalxıb.

Gununsesi.info xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili pensiyaçıları düşünməyin vacibliyini vurğulayıb:

“Qiymətlər qalxır, qazın qiyməti də qalxıb. Çalışırıq, bunu əsaslandıraq ki, sanki camaatın xeyrinədir. Adını qoyuruq ki, bu, idarəetmənin təkmilləşdirilməsi deməkdir. Amma hansı məqsədlə edilir edilsin, qiymət qalxırsa, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr bundan əziyyət çəkir. Buna görə də Milli Məclisin Sosial siyasət komitəsi bu məsələyə münasibət bildirməlidir. Mən də razıyam ki, bu tipli məsələlərə dair qiymətlər monopolist dövlət qurumları deyil, parlament tərəfindən müəyyənləşdirilməlidir”.

Gununsesi.info