Qrip olan adam sağalmağı gözləyərkən burnundan oldu

  • By admin
  • 29 Yanvar 2024 13:00

ABŞ-da yaşayan Brandom Buçbi milyonda 2 nəfərdə rast gəlinən nadir xəstəlik səbəbiylə burnunu itirib.

Gununsesi.info xəbər verir ki, qripə yoluxduqdan sonra həyatı alt-üst olan 31 yaşlı Brandom “Bircə asqırmaq məni öldürə bilərdi” deyib. Brandon, beyninə doğru irəliləyən xəstəlik səbəbindən göz yuvasının bir hissəsinin də çıxarıldığını söyləyib.

“The Sun”da yer alanxəbərdə Brendonda qripə bənzər simptomlar aşkar edildiyi bildirilib. Bildirilib ki, Brandonun burnu kəsilməsəydi, infeksiya bir neçə həftə ərzində onun gözlərinə və beyninə çata bilərdi. Xəstəxanaya gedəndən sonra 31 yaşlı kişinin ağır aplastik anemiya olduğu aşkarlanıb.

Bədənin kifayət qədər miqdarda yeni qan hüceyrəsi istehsal etmədiyi nadir hallarda baş verən aplastik anemiya ABŞ və Böyük Britaniyada hər il milyondan 2 nəfərdə müşahidə olunur. Qırmızı qan hüceyrələrinin sayının az olması insanlarda yorğunluq, nəfəs darlığı, baş ağrısı, sinə ağrısı kimi şikayətlərə səbəb olur. Aşağı ağ qan hüceyrələri soyuqdəymə kimi infeksiyalara tutulma ehtimalını artırır.

Həkimlər Brandoma deyiblər ki, tam sağalmaq üçün üç ilə qədər vaxt lazım ola bilər.

Gununsesi.info