Ququşdan Azərbaycanla bağlı suala reaksiya

Məşhur Azərbaycan əsilli İran müğənnisi Ququş (Faiqə Atəşin) yutub layihəsində izləyicilərinin suallarını cavablandırıb.

 

Gununsesi.info xəbər verir ki, ifaçı Azərbaycan dilində albom təqdim etməməsi haqda “Bir İran azərbaycanlısı olaraq niyə Azərbaycan dilində albom təqdim etməmisiniz? Biz çox istəyirik ki, türkcə mahnıları Ququşun səsində eşidək” sözlərə belə cavab verib:

 

“Çox istəyirdim və istəyirəm ki, bu iş əmələ gəlsin. Xatırlayıram ki, türkcə bir mahnım var idi (“Ayrılıq”-red.). Xaricdə yaşadığım illərdə gündəlik işlərə başım qarışıb. Daimi konsertlə bağlı ölkələrə, şəhərlərə səfərim mənə bu fürsəti verməyib ki, sizin bu yaxşı təklifinizi gerçəkləşdirə bilim. Bu iş üçün mənim daimi olaraq Azərbaycanda olmağım gərəklidir. Təssüf ki, buna vaxt edə bilməmişəm. Ancaq gələcəkdə çalışaram sizin bu sualınıza cavab verə bilim”.

 

Qeyd edək ki, Ququş 1950-ci il mayın 5-də Tehranda Sərçeşmə rayonunda anadan olub. Onun valideynləri Bakıdan Tehrana köçüblər.

 

 

Gununsesi.info