Ramin Bayramlıdan ETİRAF: “Bəzi həmkarlar xəstələrə protokola uyğun olmayan müalicə yazır”

  • By admin
  • 23 Dekabr 2020 18:09

“Təəssüf ki, bəzi həmkarlarımız evdə müalicə alan koronaviruslu xəstələrə özlərindən, yəni heç bir protokola uyğun olmayan müalicə yazırlar”.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, həkimlər ilk gündən xəstələ vətəndaşlara təhlükəli stereoidlər adlandırdığımız hormonal preparatlar, antibakterial antibiotiklər təyin edir:”Belə xəstələr də sonradan ağırlaşmış formada bizə müraciət edirlər. Vətəndaşlara müraciət edirəm ki, evdə müalicəyə mütləq sahə həkimlərinin nəzarəti altında başlasınlar. Özünü müalicə hallarından isə qaçmaq lazımdır”.

Gununsesi.org