Ramiz Mehdiyevin nəvəsinin toyunda daha hansı məşhurlar iştirak edib?

  • By admin
  • 23 Avqust 2020 13:27

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toy məclisi ölkənin əsas gündəminə çevrilib.

Gununsesi.info xəbər verir ki, sərt karantin rejimi dövründə toy məclisi təşkil edən Mehdiyevlər ailəsi həm ictimaiyyətin, həm hakimiyyətin qəzəbinə tuş gəlib.

Belə ki, toyda iştirak edən akademik Abel Məhərrəmov, akademik Əli Abbasov, deputat Siyavuş Novruzov, onun Ombudsman xanımı Səbinə Əliyeva cəzalandırılıblar. Ramiz Mehdiyevin kürəkəni və qudasına isə inzibati həbs verilib.

Bu arada Gununsesi.info-nun araşdırması zamanı toyda iştirak edən daha bir məşhur şəxsin adı məlum olub.

Belə ki, mənbəmizin verdiyi məlumata görə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevdə toyda iştirak edib.

 

 

Gununsesi.info