Xalq artisti Ramiz Quliyevlə vida mərasimi sabah saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Bu barədə Gununsesi.info -ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, Xalq artisti tarzən Ramiz Quliyev bu gün 78 yaşında vəfat edib. O, səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.










