Artıq neçənci dəfədir ki, Azərbaycanda fəaliyyət göstərən reabilitasiya mərkəzləri hansısa formada gündəmə gəlir.
Daha doğrusu, hələ indiyə qədər normal bir gündəm olmayıb.
Bəzi iddialara görə, bir çox bu cür mərkəzlərdə qanunsuz hallarda baş verir.
O cümlədən həbs olunan mərkəz rəhbəri də var.
Bu dəfə isə bu mərkəzlərdən biri, “Qurtuluş” reabilitasiya mərkəzi tanınmış teleaparıcı Nəsimi Nəbizadə ilə gündəmə gəlib.
Belə ki, Nəsimi mərkəzin rəhbərliyinin yanından şəhərdə gəzinti zamanı qaçıb.
Elə məsələ də buradan başlayır.
Mərkəz rəhbəri Nəsimi tapmaq üçün evlərinə getdiyini, ancaq onu tapa bilmədiyi deyiblər.
Ümumiyyətlə, bu və digər açıqlamalar bir sıra qanunsuzluqlardan xəbər verir.
Məgər müalicə olunmaq istəməyən adamı məcbur müalicə etmək olar?
Bir şəxs haqqında bu cür açıqlamalar vermək, qaçandan sonra axtarış üçün evinə getmək qanunsuzluq deyil?
Bəs şəxsi həyat?
Sözsüz, könül istərdi ki, belə olmasın. Fəqət olandan sonra bu baş verənlər nədir?
Bu cür mərkəzlər özlərini kim, nə hesab edir?
Sanki sağalma mərkəzləri yox, özlərinin şəxsi həbsxanalarıdır və istədikləri adamı zorla da olsa, burada saxlamaq istəyirlər.
Görünür, bu cür fəaliyyət göstərən mərkəzlərin fəaliyyəti araşdırılmalı, real faktlara da aydınlıq gətirilməlidir.
Maqsud













