Ronaldo millimizlə matçdan yazdı

  • By admin
  • 25 Mart 2021 17:54
Portuqaliya millisinin ulduz futbolçusu Kristiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri matç barədə fikirlərini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, 36 yaşlı forvard millimizə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra sosial şəbəkə bu haqda paylaşım edib:
“Dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamaq çox vacibdir. Azərbaycan üzərində qələbəyə görə təbriklər, komanda”.
Qeyd edək ki, Ronaldo bu oyunda 90 dəqiqə meydanda olub.
Gununsesi.info