Ronaldu “Ən-Nəsr”ə keçəndən sonra ilk açıqlamasını verdi

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna transfer olan portuqaliyalı futbolçu Kriştianu Ronaldu yeni klubunda ilk açıqlamasını verib.

37 yaşlı portuqaliyalı bildirib ki, özünü başqa ölkədə və yeni liqada sınamağı səbirsizliklə gözləyir.

“Ən-Nəsr”in baxışı çox ruhlandırıcıdır. Mən öz tərəfdaşlarıma qoşulduğum üçün xoşbəxtəm, biz birlikdə komandaya yeni uğurlar qazanmağa kömək edəcəyik”, – deyə K.Ronaldu bildirib.

Qeyd edək ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubu ilə 2,5 illik müqavilə imzalayıb.

Mənbə: Al Arabiya