Ruben Vardanyanın cinayət işi üzrə məhkəməsi başlayıb

  • By Günel
  • 06 Fevral 2025 12:01

Müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın cinayət işi məhkəmənin baxış iclası başlayıb.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə məhkəmə prosesi başlayıb.

Hazırda iş üzrə Ruben Vardanyana yenidən hüquqları izah olunur. Ruben Vardanyan müdafiəçi və vəkillə təmin olunub.

Gununsesi.info