Rüfət Səfərova hökm oxundu

  • Müəllif: Firuzə
  • 12 İyun 2026 19:16

Keçmiş müstəntiq Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Gununsesi.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.

Hökmə əsasən, R. Səfərov külli miqdarda dələduzluqda və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rüşfət Səfərov ittihamları rədd edir,  həbsini insan hüquqları sahəsindəki  fəaliyyəti ilə əlaqələndirir.

Gununsesi.info