Gununsesi.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı Almaniya ilə heç bir rəsmi əlaqə olmayıb və yoxdur. Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikası və atdığı praktik addımlar nəzərə alınmaqla, bunların mümkün olması ehtimalı azdır”, -rusiyalı diplomat qeyd edib.
Bununla belə Qaluzin vətəndaş cəmiyyətinin nümayəndələri arasında davam edən qeyri-rəsmi əlaqələri təsdiq edib. “Rusiya və Almaniyadakı müxtəlif ictimai təşkilatların nümayəndələri arasında qeyri-rəsmi görüşlərə gəldikdə isə, onlar olub və davam edir”, – o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Almaniyada səfərində Alamn jurnalistin Ukrayna münaqişəsinin həlli ilə bağlı guya Bakıda Rusiya və Almaniya nümayəndələri arasında təmasların baş verməsi ilə bağlı faktı təsdiqləyib.











