“Rusiya 17 700 canlı qüvvə itirib” - Ukrayna Baş Qərargahı açıqladı

  • By admin
  • 01 Aprel 2022 15:32

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, indiyədək 17 700 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 612 ədəd tankı, 1 751 ədəd zirehli döyüş maşını, 316 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 143 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1220 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 86 ədəd dronu, 24 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.

Gununsesi.info