Rusiya ilə Ukrayna arasında növbəti girov mübadiləsi

  • By Admin2
  • 27 İyun 2026 14:45

Rusiya və Ukrayna arasında növbəti girov mübadiləsi baş tutub.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın İnsan Hüquqları üzrə müvəkkili Yana Lantratova məlumat verib.

Onun sözlərinə görə, mübadilə nəticəsində Ukraynada saxlanılan 7 Rusiya vətəndaşı ölkəsinə qaytarılıb. Onlardan beşi Kursk vilayətinin sakinləri, o cümlədən Sudja şəhərindən olan bir qadın, digər iki nəfər isə Rusiyanın başqa regionlarının sakinləridir.

Lantratova bildirib ki, razılaşma çərçivəsində eyni sayda – 7 nəfər də Ukraynaya təhvil verilib.

Qeyd edək ki, bundan bir gün əvvəl tərəflər arasında 160-a 160 formatında hərbi əsir mübadiləsi də həyata keçirilmişdi.

Gununsesi.info