Rusiya nümayəndə heyəti Cenevrədə danışıqlara hazırlığı müsbət qiymətləndirib

  • By Admin2
  • 18 Fevral 2026 16:41

Rusiya nümayəndə heyəti İsveçrə tərəfinin  Ukrayna münaqişəsinin həlli ilə bağlı Cenevrədə danışıqların hazırlanmasındakı işini yüksək qiymətləndirib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən məlumat verir.

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, Rusiya danışıqlar qrupundakı mənbə jurnalistlərə bildirib ki, “İsveçrəlilər əla təşkilatçılardır. Səfər və iş qüsursuz şəkildə təşkil olunub”.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli danışıqların üçüncü raundu 17-18 fevral tarixlərində Cenevrədə keçirildi.

Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edirdi.

Maqsud

Gununsesi.info