“Rusiya qoşunlarının Ukrayna ilə sərhəddən çıxarıldığını görmürük” - BLİNKEN

  • By admin
  • 16 Fevral 2022 19:35

“ABŞ Rusiya hərbçilərinin Ukrayna ilə sərhəddən çıxarılmasını hələ də hiss etməyib”.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken İCTV-yə müsahibəsində deyib.

“Biz hələlik Rusiya qüvvələrinin Ukrayna ilə sərhəddən geri çəkilməsini müşahidə etmirik”, – deyə Blinken bildirib.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dünən Ukrayna yaxınlığında yerləşdirilən Rusiya hərbçilərinin bir hissəsinin öz bazalarına qayıtdıqlarını bildirmişdi.

 

 

Gununsesi.info