Rusiya ukraynalı diplomatı “arzuolunmaz şəxs” elan etdi

  • By admin
  • 26 Aprel 2021 19:12

Ukraynanın Rusiyadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan olunub.

Gununsesi.info-nun Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı nota Ukraynanın Moskvadakı səfirliyinə göndərilib.

Ukraynalı diplomat aprelin 30-u günün sonuna qədər Rusiya Federasiyasını tərk etməlidir.

Xatırladaq ki, aprelin 19-da Ukrayna XİN Rusiyanın bu ölkədəki səfirliyinin əməkdaşını “persona non qrata” elan edib.

Gununsesi.info