Rusiya Xersonda nə etmək istəyir?

  • By admin
  • 25 Oktyabr 2022 22:48

Ukrayna kəşfiyyatının rəhbəri Kirilo Budanov deyib ki, Rusiya Ukraynanın cənubundakı Xerson şəhərinə çox sayda qüvvə gətirir və ehtimalən şəhərin müdafiəsinə hazırlaşır

Rusiya Ukraynanın guya öz ərazisində “çirkli bombadan” istifadə etməyə hazırlaşdığına dair bir daha xəbərdarlıq edib.

Reuters bildirir ki, Rusiya bu məsələnin oktyabrın 25-də BMT Təhlükəsizlik Şurasında müzakirə olunmasını tələb edib.

Kiyev və Qərb Rusiyanın bu iddialarını “saxta” adlandırıblar.

Ukrayna prezidenti Volodomir Zelenski deyib ki, Moskvanın bu ittihamları dəfələrlə Ukraynada nüvə silahından istifadə edəcəyi ilə hədələmiş Rusiyanın özünün belə bir hücuma hazırlaşdığını göstərir.

Reuters yazır ki, Ukrayna qüvvələrinin Xerson şəhəri istiqamətində irəlilədiyi bir vaxtda Rusiya rəsmiləri Qərbdəki həmkarlarına zəng edərək sözü gedən xəbərdarlığı təkrar ediblər.

Fransa, Britaniya və Birləşmiş Ştatlar bildiriblər ki, Rusiyanın iddialarıl “aşkar şəkildə saxtadır” və Vaşinqton Rusiyaya onun hər hansıl nüvə silahından istifadəsinin ağır nəticələri olacağına dair xəbərdarlıq edib.

Gununsesi.info