Masallıda intihar hadisəsi

  • By admin
  • 25 Oktyabr 2022 21:52

Masallıda intihar hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə bir neçə saat əvvəl rayonun Xıl kəndində qeydə alınıb. 21 yaşlı kənd sakini Fərzəliyev Orxan Şəkərəli oğlu mal-qara saxlanılan tikilidə özünü asıb.

İlkin ehtimala görə, O. Fərzəliyevin uzun müddətdir psixoloji problemləri varmış. Onun meyitini atası Ş. Fərzəliyev hadisədən 2 saat sonra aşkar edib.

Faktla bağlı araşdırma aparılır.

İntiharın dəqiq səbəbləri araşdırmanın nəticəsindən sonra bilinəcək.

Gununsesi.info