Rusiyada dollar satışı dayandırıldı - PUTİNİN FAŞİST HƏRƏKƏTİ ÖLKƏYƏ BAHA BAŞA GƏLDİ

  • By admin
  • 27 Fevral 2022 14:04

Putinin Ukraynaya faşist  hücumu Rusiya  iqtisadiyyatını çökdürür.

Putinin bu addımına cavab verən beynəlxalq birlik ən sərt tədbirlərə əl atıb. 

Rusiyaya tətbiq edilən sanksiyaların ardınca bu ölkənin milli valyutası dollar qarşısında sürətlə ucuzlaşır.

Qeyd edək ki, şənbə günü 1 ABŞ dolları 100 rubla yaxınlaşıb. Ancaq dollar almaq istəyənlər valyutadəyişmə  məntəqələrində ”yox” cavabı alır.

Rusiyada yaşayan azərbaycanlılar da Gununsesi.info-nun elektron postuna yazdığı məktublarda Moskvada hətta 120 rubla belə dollar tapılmadığını deyir.

 

Gülnar

Gununsesi.info