Rusiyadan ABŞ-a qarşı müharibə yaradacaq 3 TƏHLÜKƏ

  • By admin
  • 24 Dekabr 2020 12:10

“The National Interest” hərbi analitika dərgisi Rusiyadan ABŞ-a qarşı gələ biləcək təhdidləri açıqlayıb.

Gununsesi.info xəbər verir ki, dərgi ABŞ hökumətini Rusiya və Çinə qarşı izlədiyi siyasi istiqamətinin eyni şəkildə davam etməsinin kədərli nəticələr gətirəcəyinə dair xəbərdar edib.

Bildirilib ki, hökumət xarici siyasətini yenidən nəzərdən keçirməlidir.

ABŞ-ın Rusiyaya qarşı siyasətinin 3 təhlükə yaratdığına diqqət çəkilib:

*Moskva ilə Vaşinqton arasında üz-üzə gəldikləri bölgələrdə birbaşa qarşıdurma ehtimalı (məsələn, Suriya)

*ABŞ ilə münasibətləri inkişaf etdirmənin yeganə yolunun gərginliyi artırmaq olduğuna inanan rusların sayında artım

*Rusiya ilə Çinin ittifaq qurma ehtimalı.

Məqalədə qeyd edilib ki, rəsmi Vaşinqton xarici siyasət qərarlarının nəticələrini gözündə kiçildərək hegemonluğunu davam etdirməyə çalışır. Bu da müharibə ehtimalını artırır.

Gununsesi.info