Rusiyadan Baydenin Putinlə bağlı sözlərinə cavab…

  • By admin
  • 21 Mart 2022 19:16

ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə bağlı qəbuledilməz açıqlaması iki ölkə münasibətlərini uçuruma gətirib çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

“Amerika liderinin yüksək çinli dövlət xadiminə yaraşmayan sözügedən açıqlaması iki ölkə münasibətlərinin kəsilməsinə gətirib çıxara bilər. Rusiyaya qarşı atılan düşmən xarakterli addım qəti və sərt şəkildə cavabını alacaq”, – deyə XİN-in məlumatında bildirilib.

Qeyd edək ki, Bayden Putini hərbi cinayətkar və ölümcül diktator adlandırmışdı.

Gununsesi.info