Rusiyanın “əməliyyat pauzası” sona çatdı – 72 saata hücumlar BAŞLAYACAQ

Ukraynanın şərqində hərbi əməliyyatların intensivləşməsi Rusiyanın Luqansk vilayətinin Lisiçanski şəhərini işğal etdikdən sonra anonsunu verdiyi “əməliyyat pauzası”nın başa çatmasından xəbər verə bilər.

Gununsesi.info xəbər verir ki, bu qənaətə ABŞ-ın Müharibənin Tədqiqi İnstitutunun analitikləri gəliblər.

“24 saat ərzində Rusiya qüvvələri eyni anda beş istiqamətdə bir sıra quru hücumları həyata keçirdi. Slavyanskın şimal-qərbində, Severskin cənub-şərqində, “T1302” Baxmut-Lisiçansk yolu boyunca, Baxmutdan cənub-şərqdə və cənub-qərbdə bu hücumlar təşkil olundu. Bu həmlələr Rusiya qoşunlarının Donbassda hücum əməliyyatlarını bərpa etməyə çalışdığını göstərir. Amma hücumlar hələ də kiçik və uğursuzdur. Əgər əməliyyat fasiləsi həqiqətən də başa çatırsa, o zaman ruslar qarşıdakı 72 saat ərzində hücumları genişləndirəcək və həmlələri davam etdirəcək”, – institutun hesabatında deyilir.

Analitiklər hesab edir ki, ruslar başqa taktikalardan istifadə edə bilər:

“On günlük əməliyyat fasiləsi Rusiya qüvvələrinin genişmiqyaslı hücum əməliyyatlarına başlaması üçün kifayət deyil. Görünür, Rusiya ordusundan hücum əməliyyatlarını bərpa və davam etdirmək tələb olunur. Ona görə də istisna edilmir ki, Rusiyanın hücumu qeyri-stabil olacaq”, – analitiklər yazıb.

Gununsesi.info