Rusiyanın taxıl ixracı azalıb

  • By admin
  • 04 Mart 2022 10:04

Ukraynadakı vəziyyətlə əlaqədar daşınmaların dayandırılması səbəbindən Rusiya taxıl ixracının 42 milyon tondan 35 milyon tona düşəcəyi proqnozlaşdırılır.

Gununsesi.info xəbər verir ki, ProZerno şirkətinin baş direktoru Vladimir Petriçenko bu barədə TASS-a bildirib.

Onun sözlərinə görə, Rusiya artıq 23 milyon ton buğda ixrac edib.

“Bütün bunlar baş verməsəydi, ixrac 42 milyon ton olacaqdı. İndi hazırkı vəziyyəti nəzərə alsaq, tədarükün bərpası sual altındadır. İnanıram ki, biz ən yaxşı halda 33 milyon ton buğda yox, 27 milyon ton buğda ixrac edəcəyik, beləliklə,35 milyon ton taxıl məhsulumuz ixrac edilmiş olacaq”, – deyə top menecer bildirib.

Gununsesi.info