Şəkidə 200 kvadrat metrlik ev yandı

  • By admin
  • 13 Avqust 2021 22:29

Şəki rayonunun Kiçik Dəhnə kəndində ümumi sahəsi 200 kvadrat metr olan birmərtəbəli beş otaqdan və aynabənddən ibarət evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 30 kvadrat metr olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Gununsesi.info