“Səkkiz müharibəni dayandırmışam, doqquzuncu yaxınlaşır”

  • Müəllif: Ayshan
  • 05 Dekabr 2025 23:02

Ukrayna münaqişəsinin həlli yaxın perspektivdə mümkündür.

Gununsesi.info  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Con Kennedi İncəsənət Mərkəzində – 2026-cı il futbol üzrə dünya çempionatının qrup mərhələsinin püşkatma mərasimində bildirib.

“Mən səkkiz müharibəni dayandırmışam və doqquzuncu yaxınlaşır. Heç kim bunu etməyib”, – Tramp bildirib.

Dekabrın 4-də də o, Ukraynada münaqişənin həll olunacağına əmin olduğunu demişdi. (APA)

Gununsesi.info