Saatlıda ölən yeniyetmə də futbolçu imiş - Foto

  • By Admin2
  • 19 İyul 2025 10:12

Xəbər verdiyimiz kimi, dünən günorta saatlarında Araz çayının Saatlı rayonundan keçən hissəsində Saatlı rayon sakini 2012-ci il təvəllüdlü Ramazanlı Kənan Xəqani oğlu boğularaq vəfat edib.

Gununsesi.info xəbər verir ki, 13 yaşlı Kənan “Araz Saatlı” futbol klubunun üzvü imiş. O, klubun U-14 komandasında qapıçı mövqeyində çıxış edirmiş.

Xatırladaq ki, iyulun 17-də Bakıda da yeniyetmə futbolçu dənizdə çimərkən boğularaq ölüb. “Zirə” futbol klubunun akademiyasının U-16 komandasının üzvü Fərid Şahverdiyev Şüvəlan çimərliyində bədbəxt hadisə nəticəsində həyatını itirib.

 

Gununsesi.info