Sabah bütün sosial ödənişlər yekunlaşacaq

  • Müəllif: Orxan
  • 23 Aprel 2026 14:26

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının aprelin 24-də ödənilməsi nəzərdə tutulub.

Bu barədə Gununsesi.info-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, sabah respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.