Sabirabad rayonunda minik avtomobili su kanalına aşıb.
Gununsesi.info xəbər verir ki, hadisə bu gün 17 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən hissəsində baş verib.
“Mersedes” markalı avtomobilin idarəetmədən çıxaraq su kanalına aşması nəticəsində xəsarət alan şəxslər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info