Sabirabadda məktəb yandı

  • Müəllif: Orxan
  • 11 İyul 2026 12:24

Sabirabad rayonunun Yolçubəyli kəndində məktəbdə yanğın baş verib.

Bu barədə Gununsesi.info Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli məktəb binasının yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info