Şabrandakı yanğına görə 2 nəfər saxlanıldı

  • Müəllif: Firuzə
  • 12 Avqust 2025 14:18

Avqustun 4-də və 10-da Şabran rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən iki nəfər müəyyən olunaraq saxlanılıb.

Gununsesi.info xəbər verir ki, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Ağaməmməd Heydərov və  Abdulla Abdullayev tərəfindən törədildiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan hər  iki şəxs məsuliyyətə cəlb olunub.