“Samsung”un flaqman modelinin satışları uğursuz olub

  • By admin
  • 05 Noyabr 2020 17:30

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Note 20” flaqman smartfonunun istehsal tempini azaldıb.

Gununsesi.info xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Koreyanın “The Elec” nəşri yazır.

“Galaxy Note 20” smartfonunun istehsalının azaldılması alıcıların bu modelə olan tələbatının az olması izah olunur. Belə ki, oktyabr ayında “Samsung” bazara təxminən 900 min cihaz çıxarmağı planlaşdırsa da, bu smartfondan yalnız 600 min istehsal edib.

Xatırladaq ki, “Galaxy Note 20” flaqmanının baza modelinin rəsmi satışlarına bu ilin avqust ayında start verilib. Bildirilir ki, “Samsung”un TOP flaqmanı olan “Galaxy Note 20 Ultra” modeli baza modeli sayılan “Galaxy Note 20″dən daha çox populyarlıq qazanıb. “Galaxy Note 20” və “Galaxy Note 20 Ultra”nın istehsal nisbəti təxminən 1:2 olub.

Qeyd edək ki, bu modellərin Azərbaycan bazarında qiyməti müvafiq olaraq 2 100 manat və 2 600 manat təşkil edir.

 

 

Gununsesi.info