Samuxda iki maşın toqquşdu – Xəsarət alanlar var

  • Müəllif: Ayshan
  • 21 Noyabr 2025 09:15

Samuxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki,  hadisə rayonun Sərkar-Qarayeri yolunda qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Z.Məhərrəmov və 1986-cı il təvəllüdlü R.Cəbiyevdir. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Gununsesi.info