Sarkisyan rüşvətə görə dindirilməyə ÇAĞIRILDI

  • By admin
  • 22 Noyabr 2021 20:16

Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan təqsirləndirilən şəxs qismində Korrupsiyaya qarşı Mübarizə Komitəsinə dindirilməyə çağırılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə onun vəkili Amram Makinyan bildirib.

“Mən bu yaxınlarda Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri Muşeqyandan bildiriş aldım ki, Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində dindirilməyə çağırılır”,-deyə vəkil qeyd edib.

Onun sözlərinə görə, Sarkisyan iş adamı Silva Hambardzumyanın ifadəsi əsasında rüşvət almaqda təqsirləndirilir.

Vəkil bildrib ki, hakimiyyətin indi etdiyi sadəcə gülməlidir:

“Gülməli olan odur ki, onlar üç il yarım Silvanın ifadəsi ilə məşğul olublar, bu gün onun Serj Sarkisyana da rüşvət verdiyinə  qərar veriblər. İndiyə qədər isə hüquqi baxımdan heç bir yeni hal dəyişməyib və əlavə olunmayıb. Bu hüquqi biabırçılığın qalan təfərrüatlarını sonra təqdim edəcəyəm. Əminəm ki, işləri araşdıran müstəntiqlər savadlı olacaqlar”.

Xatırladaq ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı ittiham da sırf iş adamı Silva Hambardzumyanın ifadəsinə əsaslanır.

 

Gununsesi.info