Şarl de Qollun nəvəsi Durovun saxlanılması ilə bağlı müəmmalı məqamların olduğunu bildirib - FOTO

  • By Günel
  • 02 Sentyabr 2024 13:02

“Telegram” mesencerinin təsisçisi Pavel Durovun saxlanılması onu deməyə əsas verir ki, bu işdə siyasi məqamlar var”.

Gununsesi.info “Izvestiya” agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti general Şarl de Qollun nəvəsi, tanınmış iqtisadçı Pyer de Qoll deyib.

O xatırladıb ki, hələ bu ilin mart ayında Pavel Durov Fransa hüquq mühafizə orqanları ilə əməkdaşlıqdan imtina etdiyinə görə ona qarşı cinayət işi açılmışdı.

“O, bundan xəbərsiz ola bilməzdi. Ona görə də həbsinə orderin verilməsinə rəğmən Durovun Fransaya gəlməsi məni təəccübləndirdi”, – deyə Pyer de Qoll vurğulayıb.

O, həmçinin “Telegram”ın qurucusunun Fransa lideri Emmanuel Makronla şəxsən tanış olduğunu və bu səbəbdən çox sürətli prosedur çərçivəsində 2021-ci ildə Fransa vətəndaşlığını aldığını xatırladıb.

(Şarl De Qoll- Fransız general və siyasətçi İkinci Dünya Müharibəsində alman faşistlərinə qarşı Müqavimət hərəkatına rəhbərlik etmişdir red.) 

 

Gununsesi.info