Son zamanlar adı qumar istintaqında hallanan müğənni Serdar Ortaç son görünüşü ilə pərəstişkarlarını üzüb.
Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, əlil arabasında görünən müğənni bunun həyatını asanlaşdırdığını bildirib.
MS xəstəliyinə tutulduğu üçün yeriməkdə çətinlik çəkən Ortaçın yanındakı şəxsə “Kaş dərdimi biləydin” deməsi diqqət çəkib.
Mahnıları ilə hər zaman məşhur olan Ortaçın bu durumuna şərhlər yağarkən, “Nə idin, nə oldun? şəklində şərhlər gəlib.