Sevindik Hətəmova yeni vəzifə verildi - Sərəncam

  • Müəllif: Şəbnəm
  • 17 Sentyabr 2024 16:20

Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Prezidentin digər Sərəncamı ilə Sevindik Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

 

 

Gununsesi.info