Si Cinpin Qazaxıstana səfər edəcək

  • By Günel
  • 11 İyun 2025 08:52

Çin sədri Si Cinpin 16-17 iyun tarixlərində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Akorda”nın mətbuat xidməti məlumat yayıb.

“Səfər zamanı ali səviyyədə ikitərəfli görüş keçirilməsi planlaşdırılır ki, burada Qazaxıstan – Çin hərtərəfli strateji tərəfdaşlığının daha da dərinləşdirilməsi məsələləri müzakirə olunacaq.

Astanada iyunun 17-də region dövlət başçılarının iştirakı ilə ikinci “Mərkəzi Asiya – Çin” sammiti keçiriləcək”, – məlumatda deyilir.

Gununsesi.info