Şibanini Brüsselə dəvət etdi

  • By Admin2
  • 06 Fevral 2025 17:56

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd aş-Şibanini Brüsselə səfərə dəvət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Anvar al-Anuni açıqlayıb.

Onun sözlərinə görə, dəvət yanvarın 12-də tərəflər arasında Ər-Riyadda keçirilən görüş zamanı edilib.

Qeyd edək ki, yanvarın 27-də isə Brüsseldə Aİ-nin XİN rəhbərləri iclas zamanı Suriyaya qarşı məhdudlaşdırıcı tədbirlərin yumşadılmasına başlamaq barədə razılığa gəliblər.

Gununsesi.info