Şirinyan cinayət işinə cəlb edildi

  • By admin
  • 30 Dekabr 2020 16:52

Ermənistanın İstintaq Komitəsi keçmiş polkovnik Sayat Şirinyan barədə cinayət işi açıb.

Gununsesi.info xəbər verir ki, o, açıq şəkildə zorakılığa çağırış etməkdə günahlandırılır.

Qeyd edək ki, dekabrın əvvəlində Şirinyan feysbuk sosial şəbəkəsində Susanna Avşaryan adlı istifadəçiyə müraciətlə “münaqişənin qan tökülmədən başa çatmasının mümkünsüz olduğu onsuz da aydındır” sözlərini yazmışdı.

Xatırladaq ki, bundan əvvəl Ermənistan ordusunun polkovnik-leytenantı A.V. 18 əsgəri bilərək ölümə göndərdiyinə görə barəsində cinayət işi açılmışdı.

Gununsesi.info